“Intel” çip istehsalı zavodunun inşasını təxirə salıb

A- A A+

Çip istehsalı üzrə aparıcı kompaniyalardan biri olan “Intel” Almaniyanın Maqdeburq şəhərində yeni zavodun inşasını dayandırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə kompaniyanın rəhbəri Pat Gelsinger bildirib. Onun sözlərinə görə, maliyyə çətinliyinə və qənaət proqramına görə layihənin inşası iki il gecikdirilə bilər.

Bundan başqa, Polşada inşası planlaşdırılan digər çip zavodu layihəsinə də fasilə verilib. Kompaniya yaxın gələcəkdə İrlandiyadakı istehsal müəssisəsi vasitəsilə Avropadakı potensialını artırmağı hədəfləyir.

Bildirilir ki, son maliyyə rübündə “Intel” bir milyard dollar zərərə uğradığını elan edib və analitiklər gələn ilin də qənaətbəxş olmayacağını gözləyir. Bu səbəbdən kompaniya 2025-ci ildə on milyard dollardan çox vəsaitə qənaət etmək istəyir. Avqustun əvvəlində 15 minə yaxın iş yerinin ixtisar olunacağı açıqlanıb ki, bu da şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: