Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı səsləndirdiyi fikirlərlə qətiyyən razı deyil, təşkilat Ermənistanın suverenliyinə heç bir təhdid yaratmır.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq: KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə, təhdid gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur. Biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - D.Peskov bildirib.
O, Ermənistanın Rusiyanın yaxın tərəfdaşı olduğunu və onunla təmasların davam etdiriləcəyini vurğulayıb.