NATO ölkələri 2020-ci ilədək müdafiə xərclərini artıracaq və bu məqsədlə əlavə 100 milyard avro vəsaiti öz hərbi büdcələrinə cəlb edəcəklər.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti NATO-nun baş katibi Yens Stoltenberqin müsahibəsinə istinadla yayıb. Baş katib bildirib ki, son dövrlərdə ABŞ Prezidenti Donald Trampın NATO tərəfdaşlarının aşağı hərbi xərcləri ilə bağlı iradları öz təsirini göstərib. O, yaxın gələcəkdə real vəsaitlər və real nəticələrin şahidi olacaqlarını qeyd edib.
ABŞ Prezidenti dəfələrlə NATO ölkələrini tənqid edərək, real hücum təhlükəsi olduğu təqdirdə onların yardım zəmanətinə şübhə ilə yanaşdığını bildirib. Buna görə də o, alyans üzvlərindən, ilk növbədə, Almaniyadan müdafiə xərclərini artırmağı tələb edib.
Xatırladaq ki, NATO ölkələri 2014-cü ildə (Buxarest Razılaşması) qarşıdakı on il ərzində müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizi həcminə çatdırılmasına dair öhdəlik götürüblər. Lakin alyansa üzv olan 29 ölkənin təxminən yarısı bu hədəfdən çox uzaqdadır.