Yaponiyanın "Icom" korporasiyası istehsal etdiyi rabitə cihazların Livanda kiberhücumdan sonra partlaması ilə bağlı məlumatları yoxlayır.
NUHÇIXAN-ın xəbərinə görə, bu barədə şirkət saytında məlumat yayıb.
"Livanda şirkətimizin loqosu olan rabitə cihazlarımızın partlaması ilə bağlı xəbərlər daxil olub. Hazırda insidentin başvermə səbəblərini araşdırırıq", - məlumatda deyilir.
“İcom” yoxlamanın nəticələrinə əsasən əlavə məlumat verəcəyini vəd edib.