Britaniya Kolumbiyasının qərbində yerləşən Vankuver adasında ekstremal isti havalar albalı ağaclarının vaxtından əvvəl çiçəkləməsinə səbəb olub.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kanada Milli Meteoroloji bürosunun məlumatına əsasən, hazırda adada bahar havası hökm sürür, havanın hərarəti müsbət 6-8 dərəcə arasında dəyişir. Bundan başqa, yanvar ayının son on günü ərzində havanın isti keçməsi səbəbindən Viktoriya şəhərinin sakinləri parklarda albalı ağaclarının çiçək açmasının şahidi olublar. Halbuki ən isti keçən illərdə bu ağaclar fevralın ortalarından sonra çiçək açmağa başlayır.
Sinoptiklər Vankuver adasında anomal isti hava şəraitinin azı bir həftə də davam edəcəyini proqnozlaşdırırlar.