Koreya Respublikasının “LG Electronics” şirkəti ilə Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (“KAIST”) “6G” şəbəkəsi üzərində işlərə başlayıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu məqsədlə “KAIST”da “6G” tədqiqat mərkəzi açılıb. Mərkəz ölkənin iqtisadi inkişafının sürətlənməsi üçün növbəti nəsil texnologiyalarının öyrənilməsi və planlaşdırılması ilə məşğul olacaq.
“6G” texnologiyasının 5 il sonra təqdim edilməsi nəzərdə tutulur.