Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Nyu-Yorka səfəri çərçivəsində Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis ilə danışıqlar aparacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, onlar ikitərəfli münasibətlərə dair danışıqlar aparacaqlar.
Bundan başqa, Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxış edəcək.