Türkiyə və Avropa İttifaqı (Aİ) Qafqazda koordinasiyalı davranmalıdır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.
O bildirib ki, Türkiyə və Aİ-nin bir çox regionlarda, o cümlədən Qafqazda təsir imkanları var: “Biz mövqelərimizi yaxınlaşdırmağa çalışmalıyıq”.
H.Fidan söyləyib ki, Türkiyə xarici siyasətinin əsas özəlliklərindən biri də qarşı tərəfin maraqlarının nəzərə alınmasıdır: “Biz bir çoxundan fərqli olaraq öz maraqlarımızı diktə etmirik”.