Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.
O bildirib ki, mövcud beynəlxalq sistem hazırkı tələblərə cavab vermir və iflas edib: “Yeni təşəbbüslər üçün Qərbi gözləmək bəşəriyyətin dramıdır”.
H.Fidanın fikrincə, hazırkı vəziyyətə görə, Qərbi və ya Şərqi ittiham etmək doğru deyil: "Məsələ beynəlxalq sistemin özündədir".