Yaponiyanın Honsü adasının qərbindəki İşikava prefekturasının yeddi şəhər və qəsəbəsində 131,4 min nəfərin təxliyəsi elan edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Ərazidə davam edən yağışlar artıq bir nəfərin ölümünə, 6 nəfərin itkin düşməsinə səbəb olub.
Ərazidən çayların daşması və sürüşmə ilə bağlı xəbərlər gəlir. Prefekturada azı 6 min ev işıqsız qalıb. Mobil rabitədə fasilələr var.