Avstraliyalı və kanadalı tədqiqatçılar müəyyənləşdiriblər ki, düzgün işləməyən beyin hüceyrələri insanları həddindən artıq istehlaka sövq edir ki, bu da piylənmə və 2-ci tip diabet kimi xəstəliklərə yol açır.
NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, nəticələri “Nature” jurnalında dərc olunan araşdırmada Avstraliyanın bir neçə universiteti və Kanadanın Kalqari Universitetinin alimləri siçanların beyin hüceyrələrini tədqiq ediblər.
Müvafiq olaraq, tədqiqatçılar piylənmə və 2-ci tip şəkərli diabet xəstələrinin beyin hüceyrələrinin sıx və yapışqan hüceyrədənkənar matriksdə (ECM) ilişib qala biləcəyini və insulin müqavimətini inkişaf etdirdiyini tapıblar. “Nörofibroz” adlandırdıqları beyin hüceyrələrinin sıxılma problemi səbəbindən qan şəkəri səviyyəsini, aclığı və bədən çəkisini idarəetmə qabiliyyətinin məhdudlaşdırıldığını bildirən tədqiqatçılar, bu vəziyyətin ürəkdə də problemlər yarada biləcəyini diqqətə çatdırıblar.
Tədqiqatçılar, həmçinin hüceyrədənkənar matriksi hədəf alan “neyrofibroz inhibitorları” hazırladıqlarını və bunların qan şəkərinin nəzarətsiz olmasına səbəb olan insulin müqavimətini düzəldə bildiklərini əlavə ediblər.