İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
NUHÇIXAN ISNA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.