İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda texniki rabitə vasitələrinin partlamasından sonra öz hərbçilərinə istənilən növ rabitə cihazlarının istifadəsini qadağan edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İranın təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, SEPAH rabitə cihazlarının və demək olar ki, bütün texniki avadanlıqların genişmiqyaslı yoxlanılmasına başlayıb. Qurumun rəhbərliyi baş verənlərdən narahatdır və “Hizbullah”dan texniki ekspertizanın nəticələrini istəyib.
SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə vəsaiti alanları müəyyən etmək üçün korpusun hərbçiləri və zabitləri ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. “Araşdırma həmin şəxslərin həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılmasını, eləcə də onların və ailələrinin səyahət tarixçəsini əhatə edir”, - mənbə izah edib.