Türkiyə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı gücləndirmək üçün bütün imkanlardan istifadə edəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.
O bildirib ki, rəsmi Ankara buna hazırdır.
Nazir söyləyib ki, Aİ ilə nəqliyyat sahəsində əməkdaşlıq digər sahələrə də təsir edəcək.