Livanın cənubunda yerləşən Aytarun yaşayış məntəqəsi İsrail Silahlı Qüvvələrinin hava hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
“Al Jadeed” telekanalı isə ölkənin cənub bölgəsindəki bəzi ərazilərə bir neçə dəqiqə ərzində ən azı 50 zərbənin endirildiyini bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcının Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum etməsi ilə bağlı məlumat yayıb.