Böyük dövlətlərin sülh və beynəlxalq hüquqdan öz xeyirlərinə istifadə edərək kiçik ölkələrə qarşı riyakarlıqla yanaşması inanılmazdır.
NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında deyib.
“Təbii ki, münaqişələrin yox, sülhün olması çox vacibdir. Mən bəzi boş hekayələri təkrarlamaq istəmirəm, çünki beynəlxalq hüquq əksər hallarda kiçik dövlətlərə deyil, böyük dövlətlərə şamil edilir. Söhbət ən qüdrətli ölkələrdən gedirsə, onların kiçik ölkələrə qarşı əslində nə qədər yalan və hansı riyakarlıqla yanaşması inanılmazdır”, - deyə Serbiya Prezidenti qeyd edib.
Aleksandar Vuçiç deyib ki, sülh çox vacibdir: “Lakin böyük ölkələr də çox vaxt sülhdən öz mənfəətləri üçün istifadə edirlər və başqaları bundan çox şey itirirlər. İstisnasız olaraq bütün aktorlar beynəlxalq hüququ öz xeyrinə istifadə edirlər”.
Serbiya lideri ABŞ-a səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, iqtisadi əməkdaşlıq və regionun inkişafına töhfə verəcək birgə layihələr, eləcə də dünyanın üzləşdiyi qlobal təhlükəsizlik problemləri müzakirə olunub.