Sudanda Çevik Reaksiya Qüvvələrinin bazarı artilleriya atəşinə tutması nəticəsində 15 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “News.cn” məlumat yayıb.
Məlumata görə, hadisə Omdurman şəhərində baş verib. Atəş nəticəsində daha 61 nəfər yaralanıb.
Xatırladaq ki, sentyabrın 9-da Çevik Reaksiya Qüvvələrinin Sudanın mərkəzindəki Sinnar qəsəbəsinə endirdiyi artilleriya zərbələri nəticəsində azı 20 nəfər ölüb, 70-dən çox adam yaralanıb.