İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı qabaqlayıcı hücum əməliyyatına başlayıb və hərəkatın hərbi infrastrukturuna zərbələr endirir.
NUHÇIXAN xəbər verir ki, bunu İsrail ordusunun yeraltı komandanlıq mərkəzində keçirilən görüşdə Baş Qərargah rəisi Herzi Halevi deyib.
"Bu səhər İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başlayıb. “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastrukturu vururuq", - o bildirib.
Halevinin sözlərinə görə, İsrail hədəfləri vurur və növbəti mərhələlərə hazırlaşır.
“Son nəticədə hər şey İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlib”, - Baş Qərargah rəisi qeyd edib.