Türkiyə-Azərbaycan Universiteti bütün türk dünyası üçün nümunə ola bilər.
NUHÇIXAN “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyənin ən böyük istəklərindən biri türk dünyasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.
E.Özvar qeyd edib ki, bu universitet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin ümumi iradəsinin təzahürlərindən biridir: “Bu layihə iki ölkənin elm və texnologiya sahəsindəki əməkdaşlığının əsas nümunələrindəndir. Bu universitet iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin elm sahəsinə siraətinin əsas örnəyidir”.
Sədr vurğulayıb ki, Türkiyə digər İslam və türk dövlətləri ilə də ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir: “Məqsədimiz elm və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirməkdir”.