Gürcüstan MSK: Prezident İnstitutu seçki administrasiyasını gözdən salmaq istəyir

A- A A+

Gürcüstan Prezident İnstitutu seçki administrasiyasını gözdən salmaq üçün kampaniyaya cəlb olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstan Prezidenti və onun nümayəndələri MSK-nı nüfuzdan salır və ictimaiyyətdə seçki administrasiyasının qanunları pozduğu, eləcə də xaricdə seçki məntəqələrinin açılmasından imtina etdiyi barədə rəy yaradırlar.

Qeyd olunur ki, MSK müxtəlif formatlı iclaslar zamanı xaricdə səsvermə məsələsini tənzimləyən reqlamenti dəfələrlə dəqiqləşdirib və dolğun məlumat verib.

“Biz Prezident və onun nümayəndələrini seçki administrasiyasına qarşı siyasi motivli hücumları dayandırmağa və həm ölkə daxilində, həm də xaricdə seçicilərə hörmətlə yanaşmağa çağırırıq”, - deyə, MSK-nın bəyanatında vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: