Avropa Komissiyası Bolqarıstan, Almaniya, Estoniya, İtaliya və Rumıniyada yaz-yay aylarında əlverişsiz hava şəraitindən əziyyət çəkən fermerlərə 119,7 milyon avro maliyyə yardımı ayırmaq niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, həmin vəsaitdən Almaniya 46,5 milyon avro, İtaliya 37,4 milyon avro, Rumıniya 21,6 milyon avro, Bolqarıstan 10,9 milyon avro, Estoniya isə 3,3 milyon avro alacaq.
“Avropa İttifaqı bu yardıma ehtiyacı olan fermerlərlə güclü həmrəylik nümayiş etdirir. Fermerlərimiz iqlim dəyişikliyi ilə mübarizədə tək deyillər”, - deyə kənd təsərrüfatı üzrə Avropa Komissarı Yanuş Voytsexovski bildirib.
İlin birinci yarısında Avropada baş verən əlverişsiz hava şəraitinə İtaliyada isti və quraqlıq, Estoniya və Almaniyada şaxtalar, Bolqarıstanda isə quraqlıq və qasırğalar daxildir.
İyul ayında Avropa Komissiyası əlverişsiz iqlim şəraitindən təsirlənən Avstriya, Çexiya, Polşa və Portuqaliyadakı fermerlər üçün də 77 milyon avro ayırmışdı.