İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani italiyalıları Livanı tərk etməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Ansa” məlumat yayıb.
Tayani Livanda işləyən italiyalılara İsrail və Hizbullah arasında artan münaqişə fonunda Livanı tərk etməyi tövsiyə edib.
“Beyrutdan Qərbə hələ də uçuşlar var, ona görə də biz onlara ölkəni tərk etməyi tövsiyə edirik”, - deyə nazir əlavə edib.
O bildirib ki, Livanda işləyən italyanların sayı 300-dən çox deyil.
“İkili vətəndaşlığı olan və ölkəni tərk etməkdə maraqlı olmayan təxminən 3000 italiyalı üçün vəziyyət fərqlidir, - deyə Tayani qeyd edib.