İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrailin son zərbələri zamanı “Hizbullah” hərəkatının komandanlığı üzvlərinin həlak olması bu qruplaşmanı əhəmiyyətli dərəcədə zəiflətməyəcək.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq mətbuatı məlumat yayıb.
“Şübhəsiz ki, “Hizbullah” hərəkatının komandirlərinin ölümü qruplaşmaya ziyan vurub, lakin bu, “Hizbullah”ı diz çökdürə bilməz”, - o vurğulayıb.