İsrailin şimalında raket atəşi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
"İsrailin şimalındakı Tveriya şəhərində sirenlər səslənib", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.