İsrailin Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Livanda "Hizbullah" radikal hərəkatının onlarla obyektinə zərbələr endirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, ordu "Hizbullah"ın obyektlərinə, o cümlədən İsraili hədəfə alan buraxılış qurğularına, silah anbarlarına və digər terror infrastrukturuna zərbələr endirib.
Məlumata görə, İsrail hərbçiləri son bir gündə Livan boyunca “Hizbullah”ın “yüzlərlə terror obyektini vurublar".
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.