Nepalın paytaxtı Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı ölənlərin sayı 100-ü keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Bildirilir ki, yağışlar və onların səbəb olduğu daşqınlarda 112 nəfər ölüb, daha 70 nəfər itkin düşüb.
Nepalın paytaxtı son 24 saat ərzində 1970-ci ildən indiyədək ən yüksək yağıntını qeydə alıb.
Himalay Dövlət Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240 mm, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.
Xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər.
Yerli mətbuatın yazdığına görə, Nepalda daşqın və sürüşmə riskinin artmasının əsas səbəblərindən biri iqlim dəyişikliyidir.