“Yəmən və Livandakı zərbələr indi Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir.
NUHÇIXAN xəbər verir ki, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin çoxunu məhv etdik, Hizbullaha güclü zərbə vurduq, Nəsrullahı məhv etdik, biz sistematik olaraq onun yüksək səviyyəli komandirlərini, o cümlədən bu gün Livandakı digər komandirləri sıradan çıxarırıq.
Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs əhatə dairəsini görür, hamı hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin verdiyi əvəzi görür ”, - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda yeddi cəbhədə müharibə apararaq böyük, lakin eyni zamanda çətin dövrlərdən keçir:
“Gözəl günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da meydana gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”.