İsrailin hücumu zamanı Livanda bir gündə 120-dən çox şəxs ölüb

A- A A+

İsrail Hərbi Hava Qüvvələrinin Livanın müxtəlif bölgələrində həyata keçirdiyi əməliyyat nəticəsində bir gündə 120-dən çox şəxs ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 123 nəfər ölüb, 359-u isə yaralanıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah” təşkilatına qarşı əməliyyat həyata keçirib. Hava hücumu zamanı “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah da zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: