Polşa öz vətəndaşlarını Livandan təxliyə etmək qərarına gəlib.
NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski məlumat verib.
"Livanda vəziyyət çox gərgindir. İsrail quru qoşunları əməliyyatına başlayıb. Ən azı onlarla vətəndaşımız ölkəyə qayıtmağı gözləyir. Onlar yaxın günlərdə Polşaya gələcəklər", - mətbuat katibi bildirib.
O qeyd edib ki, söhbət Livanda polyaklardan ibarət mütəşəkkil qruplardan getmir.
"Onlar əsasən ailələri ilə orada yaşayan və işləyən insanlardır. Uçuş hələ də mümkündür, çünki bir çox aviaşirkətlərin Livana uçuşları dayandırmasına baxmayaraq, hələ də çarter reysləri var”, - P.Vronski dəqiqləşdirib.