Britaniya hərbçiləri İranın çərşənbə axşamı İsrailə endirdiyi raket zərbəsinin dəf edilməsində mühüm rol oynayıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Böyük Britaniyanın müdafiə naziri Con Hili sosial şəbəkə hesabında yazıb.
"İranın İsrailə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyirəm. Bu axşam Britaniyanın hərbi qüvvələri Yaxın Şərqdə vəziyyətin daha da pisləşmənin qarşısını almaq cəhdində rol oynadı. Bu əməliyyatda iştirak edən Britaniya hərbçilərinə cəsarətlərinə və peşəkarlıqlarına görə təşəkkür etmək istəyirəm", - Hili “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Oktyabrın 1-də axşam İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumunun başladığını bildirib. Jurnalistlər bildiriblər ki, bu fonda bütün ölkə ərazisində hava həyəcanı elan edilib.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, İran İsrail ərazisinə 400-ə yaxın raket atıb. Hücumun hədəflərindən biri də Tel-Əviv şəhəri idi.
İsrail İranın raket hücumuna cavab verəcəyini vəd edib. İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, hakimiyyət vətəndaşlarını müdafiə edəcək. O qeyd edib ki, hücumun nəticələri olacaq və İsrail hərbçilərinin bununla bağlı planları var.
Qeyd edək ki, ABŞ də İranın hücumunun qarşısının alınması üçün İsrailə dəstək verdiyini açıqlayıb.