Yaponiyanın “JR Kyushu” dəmir yolu şirkəti “NTT DoCoMo” yerli rabitə operatoru ilə birgə qatarlarda pəncərələri faydalı məlumatların göstərilməsi funksiyası ilə təchiz etməyi planlaşdırır. Bundan ötrü şüşələrin üzərindən şəffaf displeylər quraşdırılacaq.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər ki, yeni pəncərələrdə sorğu kitabçasından informasiya, təyinat nöqtəsinə çatma vaxtı və digər faydalı məlumatların göstəriləcəyi güman edilir. Məlumatlar real vaxt rejimində yenilənəcək. Pəncərələrin idarəetməsi sensor və səsli interfeyslər vasitəsilə həyata keçiriləcək.