Türkiyənin Adana şəhərində “TEKNOFEST 2024”ün açılışı olub.
NUHÇIXAN xəbər verir ki, açılış mərasmi Şakirpaşa hava limanında keçirilib.
Mərasimdə Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gürgön və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumata görə, “TEKNOFEST 2024”ə rekord sayda iştirakçı qatılıb.
Xatırladaq ki, bu “TEKNOFEST”in yeddinci festivalıdır.