İran Prezidenti İsrailə xəbərdarlıq edib: Növbəti cavab daha sərt olacaq

A- A A+

İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.

NUHÇIXAN İran KİV-inə istinadən xəbər verir ki, o bildirib ki, növbəti cavab daha sərt ola bilər:

“İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: