Fransızların prezident Emmanuel Makrona etimad reytinqi son bir ay ərzində 3 faiz bəndi azalaraq 22 %-ə düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
“Prezidentə etimad reytinqi “sarı jiletlər” böhranının pik nöqtəsindəki 21 % göstəricisindən sonra ən aşağı səviyyəyə çatıb – cəmi 22 %”, - nəşr qeyd edir.
Eyni zamanda “Le Figaro”nun yazdığına görə, Makronun seçki düşərgəsindəki etimad səviyyəsi isə 81 % təşkil edir.