ABŞ-də baş vermiş “Helen” qasırğasının fəsadları səbəbindən ölənlərin sayı 215 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, qurbanların təxminən yarısı Şimali Karolina ştatında qeydə alınıb.
Məlumata görə, Virciniya, Şimali Karolina, Cənubi Karolina, Corciya və Florida ştatlarında 750 mindən çox sakin elektriksiz qalıb.