Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Fransa koloniyasında həbsdə saxlanılan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı və sentyabrın 20-də Lion Məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit Okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara təşəkkürünü bildirib.
NUHÇIXAN xəbər verir ki, Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi bununla bağlı bəyanat yayıb.
“Kollektivimiz bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə göstərilən səylər çərçivəsində "Kanak Həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.
Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə “Solidarita” Assosiasiyasına və EH Bai-yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk”, - deyə bəyanatda qeyd olunub.