İsveçrə Ukraynaya dağıntıları təmizləmək üçün ümumi məbləği 5,6 milyon frank (təxminən 6,55 milyon ABŞ dolları) dəyərində 30 yükləmə-boşaltma maşını və yanğınların söndürülməsi üçün eyni sayda su nasosu verəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsveçrə dağıntıları təmizləmək üçün 30 yükləmə-boşaltma maşını və yanğınların söndürülməsi üçün 30 su nasosu tədarük edəcək. Dəyəri 5,6 milyon frank olan bu avadanlıq Federal Müdafiə, İctimai Mühafizə və İdman Departamenti (nazirlik) tərəfindən hədiyyə edilib”, - məlumatda bildirilir.
İsveçrə Xarici İşlər Nazirliyinin struktur bölməsi olan İnkişaf və Əməkdaşlıq Direktorluğu avadanlıqların təyinat yerinə daşınmasının maliyyələşdirilməsini üzərinə götürüb.