İsrail hərbçiləri Livanda quru əməliyyatı zamanı “Hizbullah” təşkilatının silahlı birləşmələrinin 440-a yaxın üzvünü məhv edib, 9 döyüşçünü isə itirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.
Onun sözlərinə görə, “Hizbullah”ın məhv edilən döyüşçülərindən 30-u müxtəlif rütbəli komandirlərdir:
Daniel Haqari bildirib ki, İsrail hərbçiləri ilə yanaşı ölkənin Hərbi Hava Qüvvələri Beyrut da daxil olmaqla Livanda mövcud olan “Hizbullah”ın hədəflərinə onlarla zərbə endirib.
“Dünən biz “Hizbullah”ın əsas kəşfiyyat qərargahına zərbələr endirdik. Hücumların nəticələrini öyrənirik və yenilənmiş məlumatları dərc etməyə davam edəcəyik”.