İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) Əl-Qüds korpusu xüsusi təyinatlılarının komandiri, general-mayor İsmayıl Kaani sentyabrın 27-dən bu günədək - İsrailin Beyruta, "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın həlak olması ilə nəticələnən zərbəsindən sonra əlaqə saxlamır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Reuters" mənbələrə istinadən xəbər yayıb.
Başqa təfərrüatlar açıqlanmır.
İran hakimiyyəti əvvəllər Beyrutda Nəsrullahla birlikdə olan SEPAH komandirinin müavini general Abbas Nilforuşanın öldüyünü açıqlayıb. Kaaninin “Hizbullah”ın baş katibi və Nilforuşan ilə eyni binada olması barədə heç bir məlumat yoxdur.