BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Ski qlobal istiləşmə zamanı Avropanın cənubundakı ölkələrdə səhra ərazilərinin görünməyə başlayacağı barədə xəbərdarlıq edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə o, “The Telegraph” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün Avropa, xüsusən də Aralıq dənizi həssasdır: “Biz artıq görürük ki, səhralaşma təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub kənarlarında baş verir”.
O vurğulayıb ki, qlobal istiləşmə zamanı bir çox ölkələrdə isti və rütubətli iqlim yarana bilər ki, bu da bir sıra iqtisadi fəaliyyətlərin aparılmasında çətinliklərə səbəb olacaq.
Ekspertin fikrincə, 2100-cü ilə qədər üç dərəcə Selsi qlobal istiləşmə gözlənilir.