Pakistanda Çin şirkətinin avtomobil karvanı partladılıb

A- A A+

“Bəlucistan azadlıq ordusu” Kəraçi hava limanı yaxınlığında Çin şirkətinə məxsus avtomobil karvanının partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

NUHÇIXAN BBC telekanalına istinadla xəbər verir ki, avtomobil karvanı Pakistanda kömürlə işləyən iki elektrik stansiyası tikən “Port Qasim Power Generation Co Ltd” şirkətinə məxsus olub.

Çinin Pakistandakı səfirliyi hadisə nəticəsində azı iki nəfər Çin vətəndaşının həlak olduğunu, birinin yaralandığını bildirib. Pakistan polisinin mətbuata verdiyi açıqlamada isə hücum zamanı yaralanan 10 nəfərdən birinin vəziyyətinin ağır olduğu deyilir.

Hücumun məsuliyyətini Bəlucistan əyalətinin Pakistandan ayrılmasına çalışan “Bəlucistan azadlıq ordusu” öz üzərinə götürüb. Onlar uzun müddətdir ki, ölkənin müxtəlif ərazilərində çinli işçilərə qarşı hücumlar təşkil edir.

Qeyd edək ki, bəluclar Pakistan, İran və Əfqanıstan ərazilərində yaşayan bir xalqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: