Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Qara və Metina bölgələrində keçirilən əməliyyatda PKK terror təşkilatının altı üzvü öldürülüb.
Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.