Türkiyə regionda qurulan oyunları poza bilər.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Düzce Universitetində yeni tədris ili ilə bağlı çıxışında deyib.
O bildirib ki, bunun üçün Türkiyənin güclü və həmrəy olması kifayətdir.
N.Kurtulmuş xatırladıb ki, oktyabrın 8-də TBMM-də Yaxın Şərqdəki vəziyyət geniş müzakirə olunacaq, ölkənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidan çıxış edəcəklər.