Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

A- A A+

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti “Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar alır.

Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:

“Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: