Ermənistanın keçmiş baş prokurorunun əmlakının müsadirə olunması tələb edilir

A- A A+

Ermənistanda sabiq baş prokuror və İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Hovsepyanın 29 daşınmaz əmlakının, 8 şirkətdə səhm paketlərinin və 2 milyard 551 milyon dram (6,6 milyon dollar) vəsaitinin müsadirə edilməsi tələb edilir.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Antikorrupsiya Məhkəməsi 27 sentyabr 2024-cü ildə Baş Prokurorluğun Hovsepyana qarşı qanunsuz varlanma ilə bağlı iddiasını qəbul edib.

Məlumata görə, prokurorluq həm A.Hovsepyana, həm də onunla əlaqəli şəxslərə qarşı əmlakın müsadirə olunmasını tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: