Fransanın meteorologiya xidmətləri ölkəyə yaxınlaşan “Kirk” qasırğası səbəbindən təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb.
NUHÇIXAN BFM telekanalına istinadla xəbər verir ki, Atlantik okeanında formalaşan “Kirk” qasırğası gücünü bir qədər itirsə də, Yuxarı Pireney, Atlantik Pireneyi, Atlantik Luarası, Men-et-Luara, Eson, Val-d'Uaz və Paris departamentlərində “narıncı” təhlükə səviyyəsi elan olunub.
Meteorologiya xidmətləri qasırğanın ilk olaraq Fransanın qərbindəki Pei-de-la-Luar regionuna çatacağı barədə xəbərdarlıq edib. Bəzi yerlərdə 90 millimetrədək yağıntı proqnozlaşdırılır. Yuxarı Pireney və Atlantik Pireneyində sürəti saatda 150 kilometrə çatan küləklər gözlənilir.