Rusiya XİN: ATƏT böhran içindədir

A- A A+

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilkin vəzifələrindən uzaqlaşdığı üçün böhran içindədir.

NUHÇIXAN xəbər verir ki, bu fikri “RİA Novosti”yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktor vəzifəsini icra edən İqor Kapırin deyib.

Onun fikrincə, hazırda Avropada əməkdaşlıq və təhlükəsizlik yoxdur və hər ikisinin çatışmazlığını müzakirə etmək imkanı da mövcud deyil.

Diplomat qeyd edib ki, Rusiyanın keçmiş tərəfdaşları dialoq istəmir, baxmayaraq ki, ATƏT belə bir fürsət verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: