Olaf Şolts İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq

A- A A+

Almaniya Kansleri Olaf Şolts oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Byuhner jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Kansler Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək”, - deyə o bildirib.

Məlumata görə, danışıqlarda Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və miqrasiya problemi müzakirə olunacaq. Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: