Ruandada Marburq qızdırması xəstəliyinin 58 yoluxma halı, o cümlədən 13 ölüm halı qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“10 oktyabr tarixinə Ruandada Marburq virusunun səbəb olduğu xəstəliyin ümumilikdə 58 yoluxma halı, o cümlədən 13 ölüm halı qeydə alınıb. Ölüm nisbəti 22 % təşkil edir”, – məlumatda deyilir.
Təşkilat əlavə edib ki, qızdırmaya yoluxduqdan sonra 15 nəfər sağalıb. Eyni zamanda, yoluxanlarla təmasda olan 700-dən çox insan həkimlərin nəzarəti altındadır.
ÜST epidemiyanı 3-cü səviyyəli fövqəladə vəziyyət kimi təsnif edib. Qeyd olunur ki, bu, fövqəladə hallar üçün ən yüksək daxili səviyyədir. Bununla əlaqədar olaraq, təşkilatın sürətli reaksiya qrupu yerli tibb müəssisələrinə dəstək vermək üçün ölkəyə göndərilib.