BQXK: İsrailin əməliyyatı başladıqdan sonra təxminən 1,2 milyon livanlı qaçqın olub

A- A A+

Hazırda 1,2 milyondan çox insan ölkənin cənub bölgələrində İsrail əməliyyatları və Livan paytaxtı Beyruta hava zərbələri nəticəsində Livan ərazisində qaçqın və ya məcburi köçkün vəziyyətindədir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu rəqəmləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi açıqlayıb.

“Hazırda 1,2 milyondan çox livanlı qaçqın və ya məcburi köçkün hesab olunur və bu rəqəmin artması ehtimalı böyükdür”, – BQXK nümayəndəsi bildirib. Onun sözləri “Əl-Qahirə əl-İxbariya” telekanalı tərəfindən verilib.

O əlavə edib ki, “evlərini məcburi tərk etmiş insanların humanitar ehtiyacları çox böyükdür və vəziyyətin öhdəsindən gəlmək üçün bütün maraqlı tərəflərin əməkdaşlığına ehtiyacımız var”.

Daha əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat vermişdi ki, bu gün Livanda 690 mindən çox məcburi köçkün və təxminən 400 min qaçqın var ki, onların əksəriyyəti qonşu Suriyaya köçüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: